"Real"ın avtobusu qəza keçirib

"Real"ın avtobusu qəza keçirib

Madrid “Real"ının futbolçuları və məşqçilər heyətini daşıyan avtobus UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Leypsiq"lə matça gedərkən qəzaya uğrayıb.

Mediasport.az xəbər verir ki, hadisə Almaniyada baş verib.

Magistral yolda hərəkət edərkən avtomobillərdən birinin sürücüsü futbolçuların olduğu nəqliyyat vasitəsini videoya çəkməyə çalışarkən idarəetməni itirərək Madrid klubunun avtobusuna çırpılıb.

Ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Qarşılaşma bu axşam Bakı vaxtilə saat 00:00-da başlanacaq.