Regekampf Rumıniyaya qayıdır - "O, tez-tez Bekaliyə zəng vurur"

Regekampf Rumıniyaya qayıdır - "O, tez-tez Bekaliyə zəng vurur"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Styaua" komandasının sükanı arxasına keçməkdə israrlıdır.

mediasport.az xəbər verir ki, Azərbaycan mətbuatına son açıqlamasında bu xəbəri təkzib edən rumın çalışdırıcı bütün cəhdlə vətəninə qayıtmaq və keçmiş klubunun baş məşqçisi olmaq istəyir.

Rumıniya mətbuatı yazır ki, 47 yaşlı mütəxəssis tez-tez "Styaua"nın prezidenti Cici Bekaliyə zəng edir: "Bizdə olan son məlumata görə, Regekampf "Styaua"ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə yorub".

Regekampfın "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012-2014 və 2015-2017-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.