"Qarabağ" Çempionlar Liqasına inamlı səfər qələbəsilə başladı

"Qarabağ" Çempionlar Liqasına inamlı səfər qələbəsilə başladı

Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən “Qarabağ” mövsümə Cəbəllütariqdə start verib.

Qurban Qurbanovun komandası qitənin bir nömrəli klub yarışında ötənilki tanış “Linkoln”un qonağı olub.

Qurban Qurbanovun komandası səfərdə inamlı qələbə qazanıb.

Komandalar arasında cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Azərbaycan çempionu mərhələ adlasa, 3-cü raundda “Ludoqores” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, Ağdam klubu ötən mövsüm 1-ci təsnifat mərhələsində "Linkoln"u səfərdə 2:1, evdə 4:0 hesabları ilə məğlub etmişdi.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyun


"Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) 0:2

Qollar: Olavio Juninyo, 45+2, Toral Bayramov, 75.

Hakimlər: İştvan Vad, Vencel Tot, İştvan Albert, Bence Csonka (hamısı Macarıstan).

“Europa Point Stadium”.