De Byazi: "Ola bilsin ki, milli komandada işləməyə davam etdim"

De Byazi: "Ola bilsin ki, milli komandada işləməyə davam etdim"

"Avropa çempionatının seçmə mərhələsinin Belçika ilə oyun öncəsidir, biz işimizi davam etdiririk. AFFA ilə müqaviləm dekabr ayına qədərdir, sonrasına baxacağıq".

Mediasport.az xəbər verir ki, bu sözləri İtaliya mətbuatına açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi deyib.

67 yaşlı italyan mütəxəssis yığmamızda fəaliyyətini davam etdirib-etdirməyəcəyilə bağlı suala cavab verib. Bildirib ki, İtaliyaya qayıtmağa hazırlaşmır:

"Düzünü desəm, İtaliyaya qayıtmaq haqda düşünmürəm. Əsas prioritet xaricdə qalmaqdır. Ola bilsin ki, milli komandada işləməyə davam etdim".

Qeyd edək ki, millimiz qrupun 4-cü turu çərçivəsində sentyabrın 9-da Bakıda Belçika seçməsi ilə qarşılaşacaq.

Bunadək keçirdiyimiz 3 görüşün 2-də məğlub olub yalnız Estoniya ilə Bakıdakı oyunda 1 xal qazanmışıq. Futbolçularımız Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzublar.