"Neftçi" Ərzurumda Türkiyə Superliqası klubları ilə oynayacaq
"Neftçi" Türkiyənin Ərzurum bölgəsində yeni mövsüm üçün təlim-məşq toplanışını davam etdirir.
Mediasport.az xəbər verir ki, toplanış çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Bakı klubu iyulun 13-də Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor", iyulun 17-də "Sivasspor"la qarşılaşacaq.
Digər iki sparrinq hələ müəyyənləşməyib.
Xatırladaq ki, iyulun 8-də Türkiyəyə yollanan "Neftçi" ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.
Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.