"Neftçi" öncə 1-ci Liqa klubu ilə qarşılaşacaq

  "Neftçi" öncə 1-ci Liqa klubu ilə qarşılaşacaq

"Neftçi"nin qış təlim-məşq toplanışında qüvvəsini sınayacağı ilk rəqib müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar" yanvarın 6-da Türkiyənin 1-ci Liqa təmsilçisi "Erzurumspor"la qarşılaşacaq.

Paytaxt təmsilçisi Türkiyəyə sabah yollanacaq və hazırlıq prosesini yanvarın 14-də başa vuracaq.

"Neftçi"nin toplanış çərçivəsindəki növbəti rəqibi Albaniyanın "Partizani" kollektivi olacaq.