Rekordun bir addımlığında

Rekordun bir addımlığında

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022-2023-cü illər mövsümündə ən çox "quru oyun" keçirən qapıçıların siyahısı müəyyənləşib.

mediasport.az xəbər verir ki, mövsümü ikinci pillədə başa vuran “Sabah”ın qolkiperi Yusif İmanov bu göstəricidə birinci olub.

Gənc qapıçı 19 qarşılaşmada qol buraxmayıb. 21 yaşlı İmanov Azərbaycan çempionatları tarixinin ikinci nəticəsinə imza atıb. Onun bir mövsümdə ən çox "quru oyun" keçirən qapıçı adına şərik olmağa 1 matçı çatmayıb.

Legionerlər arasında ən yaxşı ikinci nəticə 13 oyunla "Neftçi"nin üzvü İvan Brkiçə məxsusdur. İlk “üçlüy”ü Tərlan Əhmədli qapayıb. “Turan Tovuz”un əlcək sahibi 10 "quru oyun" keçirib.

“Top-5”də “Qarabağ”ın iki qapıçısı var. Onlar hərəyə 9 dəfə meydanı qol buraxmadan tərk ediblər. Şahrudin Məhəmmədəliyev yalnız 2 qarşılaşmada qapısında qol görübsə, onun komanda yoldaşı Luka Quqeşaşvili daha çox matçda şans qazanıb.