"Qarabağ"ın heyətində vəziyyət nə yerdədir? - ZƏDƏLİLƏR VAR

"Qarabağ"ın heyətində vəziyyət nə yerdədir? - ZƏDƏLİLƏR VAR

Sabah UEFA “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İsveçdə “Hekken”in qonağı olacaq "Qarabağ" Skandinaviya ölkəsinə dünən yollanıb.

Mediasport.az xəbər verir ki, Ağdam klubu səfərə tam heyətlə yollanıb.

Adı UEFA-ya göndərilmiş iştirak ərizəsində olmayan Adama Diakabi də düşərgədə yer alıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivdə zədəli futbolçular mərkəz müdafiəçisi Bəhlul Mustafazadə və sağ cinah müdafiəçisi Marko Veşoviçin sabah meydana çıxmayacağı dəqiqdir.

Monteneqrolu zədəsini yeni sağaldıb və hazırda yalnız fərdi məşqlərlə kifayətlənir. Bəhlulun isə sıraya nə vaxt dönəcəyi məlum deyil.

Əvəzində isə Redon Cica sağalıb. Qrup mərhələsinin ilk turunun "Molde” ilə oyununu buraxan albaniyalı forvardı "Ullevi" arenada meydanda görə bilərik.

Qeyd edək ki, “Hekken” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.