Rəşad Sadıqov üçün 50!

Rəşad Sadıqov üçün 50!

Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, bu, Premyer Liqanın 36-cı turuna təsadüf edib.

42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub.

Ümumilikdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.

Qeyd edək ki, yalnız bir kluba rəhbərlik etmiş Sadıqov 2020-ci ilin yayından “Zirə”nin baş məşqçisidir.