Finalda uduzan Azərbaycan klubu FƏALİYYƏTİNİ DAYANDIRDI - RƏSMİ
AFFA Region Liqasında 2022/2023-cü illər mövsümünün finalçısı "Çinar Zəngilan" klubu fəaliyyətini dayandırıb.
MediaSport.az xəbər verir ki, bu barədə məlumatı Zəngilan təmsilçisinin baş məşqçisi Anar Zahidoğlu yayıb.
O, bundan sonra klubun heç bir turnirdə iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, finalda "Qusar"a uduzan (0:2) komandanın rəhbərliyi yeni yaradılmış II Diviziona buraxılmadığı üçün bu addımı atıb.