Riad Rəfiyevin ən uğursuz baş məşqçisi "Şaxtyor"la anlaşdı
Sentyabrda “Sumqayıt”dan istefaya göndərilən Aleksey Baqanın işsiz günləri başa çatmaq üzrədir.
mediasport.az xəbər verir ki, Belarus mətbuatı baş məşqçi Miliç Curçiçi yola salmağa hazırlaşan Soliqorsk təmsilçisinin 41 yaşlı mütəxəssislə anlaşdığını yazır.
Kluba 2021-ci ildə tarixində ikinci dəfə ölkə çempionluğunu qazandıran Baqa ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir. Sumqayıt klubu 2021-ci ilin dekabrında komandaya baş məşqçi təyin olunmuş belaruslunun rəhbərliyi altında bərbad çıxışı ilə yadda qalmış, cari mövsüm istefaya qədər xal qazanmamış, hətta Premyer Liqada 1 qol belə, vura bilməmişdi.