"Fikrimcə, "Qarabağ" mərhələni keçən tərəf olacaq" - Rauf Əliyev
"Qarabağ" səfərdə çox gözəl oyunla yaxşı nəticə qazanıb. Səfərdəki inamlı qələbə komandamızı daha da ümidləndirib, özünəinamı artırıb. Mərhələni keçmək üçün gözəl şans yaradıblar özləri üçün".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın keçmiş hücumçusu Rauf Əliyev deyib.
Ağdam təmsilçisinin U-19 komandasında məşqçi işləyən veteran futbolçu "köhlən atlar"ın UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab matçında şanslarını dəyərləndirib:
"Fikrimcə, "Qarabağ" evdəki oyunda yenə də yaxşı çıxış edərək mərhələni keçən tərəf olacaq. Həqiqətən səfərdəki qələbə hamıya böyük emid verib. İnanıram ki, pley-offun qalibi məhz komandamız olacaq. İnşallah, etapı keçib azarkeşləri, futbol ictimaiyyətini yenə də sevindirəcəklər".
Qeyd edək ki, ötən həftə Portuqaliyada 4:2 hesablı qələbə əldə edən Azərbaycan çempionunun portuqallarla cavab dueli fevralın 22-də Bakıda baş tutacaq.