"Zirə"nin "Şerif"lə Avroliqa oyunlarının hakimləri açıqlandı
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Şerif"lə (Moldova) qarşılaşacaq "Zirə"nin oyunlarının hakim təyinatları açıqlanıb.
Mediasport.az xəbər verir ki, Moldovada keçiriləcək ilk görüçdə baş hakim isveçrəli Alessandro Dudiç olacaq.
Qarşılaşma iyulun 11-i, saat 21:00-da “Şerif” İdman Kompleksində baş tutacaq.
1 həftə sonra Bakıda oynanılacaq cavab duelini isə qazaxıstanlı Bulat Sariyev idarə edəcək.
Ona Denis Labaşov və Yuri Tixonyuk yan xətt hakimi qismində kömək olacaqlar. Dördüncü hakim funksiyasını Aidin Tassibayev yerinə yetirəcək.
Oyun iyulun 18-də Mərdəkandakı “Liv Bona Dea Arena" baş tutacaq və saat 20:00-da start götürəcək.