"Atletiko" 3 futbolçu ilə vidalaşıb

  "Atletiko" 3 futbolçu ilə vidalaşıb

İspaniya təmsilçisi "Atletiko" mərkəz müdafiəçiləri Qabriel Paulista və Mario Hermoso, hüçumcu Memfis Depayla vidalaşıb.

Mediasport.az xəbər verir ki, Madrid təmsilçisi bu haqda rəsmi sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

Xatırladaq ki, Paulistanın yeni iş yeri artıq məlumdur. Braziliyalı yeni mövsümdən "Beşiktaş"ın formasını geyinəcək.