Rövlan "Sumqayıt"ı seçdi - RƏSMİ

Rövlan "Sumqayıt"ı seçdi - RƏSMİ

2023/24-cü mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti transferini reallaşdırıb.

MediaSport.az xəbər verir ki, Samir Abasovun komandası son 10 ili “Qəbələ”də keçirmiş Rövlan Muradovla 2 illik müqavilə imzalayıb.

Peşəkar karyerasına məhz Qəbələ təmsilçisində başlamış Muradov U-19, U-21 və əsas milli komandalarımıza da cəlb olunub.