"Sabah" və "Neftçi" Konfrans Liqasında bu hakimlərə tapşırıldı
Futbol üzrə UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Sabah" və "Neftçi"nin avqustun 3-də Bakıda keçirəcəkləri cavab oyunlarının hakim təyinatları açıqlanıb.
MediaSport.az xəbər verir ki, Masazır klubunun görüşünü isveçrəli Fedayi San idarə edəcək. Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaq.
"Ağ-qaralar"ın matçı isə Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Balay Berkeyə həmyerliləri Balay Buzaş və Balay Sert yan xətt hakimi köməklik edəcək, 4-cü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.
Qeyd edək ki, "Sabah" bu mərhələdə "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) cütünün, "Neftçi" isə "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Hər iki təmsilçimiz ilk oyununu səfərdə keçirəcək.