Azərbaycan 2-ci Liqasında 2-ci tur sona çatır: 3 qarşılaşma keçiriləcək

Azərbaycan 2-ci Liqasında 2-ci tur sona çatır: 3 qarşılaşma keçiriləcək

Bu gün Azərbaycan 2-ci Liqasında 2-ci tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçiriləcək.

Turun dünən 4 oyunla start verilmişdi.

Azərbaycan 2-ci Liqası. 2-ci tur

9 sentyabr (bazar ertəsi)

15:00 "Dinamo" - "Şəfa"

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Maqsud Şamıyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elçin Mehdiyev.

"Neftçi Futbol Mərkəzi" (4-cü meydança).

17:00 "Saatlı-Araz" - "Göygöl"

Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Rəsul Babayev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Şirvan OİK stadionu.

17:00 "Kür-Araz" - "Şahdağ Qusar"

Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Nazim Abdullayev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Saatlı OİK stadionu.