Ən çox "quru oyun" keçirən əfsanəvi qapıçılar - SİYAHI
Avropanın TOP-5 liqalarında 21-ci əsrdə bütün turnirlər daxil olmaqla qapısını ən çox toxunulmaz saxlayan 5 qolkiperin adı açıqlanıb.
Mediasport.az xəbər verir ki, əfsanəvi qapıçıların sıralamasında zirvəyə "Vilyarreal"ın dəri əlcək sahibi Pepe Reyna (888 oyun, 345 "quru oyun") başçılıq edir.
Almaniya nəhəngi "Bayern"dən Manuel Noyer ikinci (702 oyun, 320 "quru oyun"), "Yuventus"un sabiq üzvü, peşəkar futbolçu karyerasını bitirən Canluici Buffon üçüncü (694 oyun, 319 "quru oyun"), Çexiya futbolunun əfsanəsi Petr Çex dördüncü (711 oyun, 309 "quru oyun") və nəhayət, İspaniya millisinin, eyni zamanda "Barselona"nın sabiq qapıçısı Viktor Valdes beşinci (566 oyun, 248 "quru oyun") olub.