Tək namizəd, yeni rəhbər, yeni tərkib: Azərbaycan futbolu sıfırlanır

Tək namizəd, yeni rəhbər, yeni tərkib: Azərbaycan futbolu sıfırlanır

Sabah AFFA-da Hesabat-Seçki Konfransı keçiriləcək.

Mediasport.az xəbər verir ki, saat 10:00-da başlanacaq tədbirdə milli assosiasiyanın yeni rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

AFFA prezidentliyinə cəmi bir nəfərin namizədliyi qeydə alınıb. Bu, hazırda “Neftçi” klubuna da rəhbərlik edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.

Federasiyanın hazrkı prezidenti Rövnəq Abdullayev öz namizədliyini irəli sürməyib.


İcraiyyə Komitəsinə namizədlər aşağıdakılardır


Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer

1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən

2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən

4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən

5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən


Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən


İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən


Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən