"Sabah" ilk qələbəsini qazanıb

"Sabah" ilk qələbəsini qazanıb

Serbiyada təlim-məşq toplanışında olan "Sabah" basketbol klubu növbəti yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində yerli "OKK Belqrad" klubu ilə qarşıalşıb.

İlk iki matçda müvafiq olaraq "Vrsaç" və "Radniçki" komandalarına uduzan "Sabah" ilk qələbəsini qazanıb - 97:84.