Danimarka şirkəti Azərbaycan klubu ilə əməkdaşlığa başlayıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan “Araz-Naxçıvan” “Hummel”in forma və geyim dəstlərindən istifadə edəcək.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi Danimarka şirkəti ilə müqavilə imzalayıb.
Şirkətin komanda üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək. Klubun oyun formaları yenə qırmızı və ağ rəngdə olacaq.
Xatırladaq ki, Naxçıvan klubu ötən mövsüm “Diadora” şirkətinin istehsalı olan geyim dəstlərindən istifadə edib.