Liderdən cəmi 4 xal geri qalan klubun baş məşqçisi istefa verib
Azərbaycan 1-ci liqası təmsilçisi “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib.
Mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu gün 9-cu turda “Karvan”a məğlubiyyətindən sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib.
Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Qeyd edək ki, Şamaxı təmsilçisi ilk dövrənin geridə qalan 9 turundan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb və liderdən cəmi 4 xal geri qalır.