UEFA 2022-ci ildə Azərbaycan klublarına 28 milyon manat pul ödəyib

UEFA 2022-ci ildə Azərbaycan klublarına 28 milyon manat pul ödəyib

UEFA-nın 2022-ci ildə Azərbaycan klublarına ayırdığı maliyyə vəsaiti məlub olub.

mediasport.az xəbər verir ki, bu barədə məlumat AFFA-nın növbəti Hesabat Konfransında verilib.

Qitənin ali futbol qurumu ötən il Premyer Liqada çıxış edən 8 kluba ümumilikdə 28 milyon 924 min 10 manat vəsait ödəyib. "Kəpəz" və "Turan Tovuz" Premyer Liqada bu mövsümdən çıxış etdikləri üçün onlara vəsait ayrılmayıb.


1. Qarabağ - 24 milyon 497 min 200 manat

2. Neftçi - 1 milyon 635 min 397 manat

3. Zirə - 961 min 395 manat

4. Qəbələ - 847 min 787 manat

5. Sumqayıt - 847 min 787 manat

6. Sabah - 320 min 749 manat

7. Şamaxı - 165 min 465 manat

8. Səbail - 146 min 931 manat.