"Sabah" "Rapid"lə görüşür
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi Rumıniyanın “Rapid” klubu ilə qarşılaşacaq.
Buxarest komandası ilə duel Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Görüş “Mardan” İdman Kompleksinin ehtiyat meydanında keçiriləcək.
Yanvarın 15-dək Türkiyədə hazırlıq keçəcək Murad Musayevin kollektivi daha bir yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır.
Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasının ilk yarısından sonra 22 xalla 8-ci pillədə qərarlaşıb. Bakılılar XIX tur çərçivəsində yanvarın 21-də “Neftçi” ilə qarşılaşacaqlar.