"Sabah" - RFS qarşılaşması üçün bilet satışı nə yerdədir? - AÇIQLAMA

"Sabah" - RFS qarşılaşması üçün bilet satışı nə yerdədir? - AÇIQLAMA

Tarixində ilk dəfə avrokuboklarda çıxış edən "Sabah" avqustun 3-də Masazırdakı "Bank Respublika Arena"da Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Latviyanın RFS klubunu qəbul edəcək.

MediaSport.az saytına klubun Mətbuat xidmətindən verilən məlumata görə, ilk matçı səfərdə 2:0 hesabı ilə qalib başa vuran Murad Musayevin komandasının cavab duelinə maraq ölkədə kifayət qədər yüksəkdir.

Masazır təmsilçisi UEFA-nın standartlarına uyğun olaraq, satışa 9 minə qədər bilet çıxarıb. Bu gün üçün artıq 3 mindən çox bilet satılıb.

Görüşə 3 gün qaldığından, start fitinə qədər bütün bletlərin satılacağı proqnozlaşdırılır. Klubdan onu da bildirdilər ki, düşərgədə ab-hava qaydasındadır, zədəli futbolçu yoxdur.

Görüş Bakı vaxtilə saat 20:00-da başlanacaq.