"Sabah "Ayaks"ı uda da bilərik - Hədəfimiz yaxşı nəticə əldə etməkdir"
"Qarabağ"ın futbolçusu Marko Yankoviç UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunun "Ayaks"la matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, monteneqrolu qarşılaşma ilə bağlı fikirlərini bölüşüb və sualları cavablandırıb:
"Baş məşqçimizin dediyi dediyi kimi, mən də bu sözləri təkrar demək istəyirəm. Sabah bizi böyük futbol günü gözləyir. Böyük və tanınmış kluba qarşı oynayırıq. Motivasiyamız yüksəkdir. Sabah hədəfimiz yaxşı nəticə əldə etməkdir".
Məlumdur ki, favorit "Ayaks"dır. Bəs bizim xeyrimizə işləyən amil nədir?
- Keçmişdə də böyük klublara qarşı oynamışıq. Futbolun gözəlliyi ondadır, hər şey baş verə bilir. Autsayder uda da bilər, favorit uduza da bilər. Keçmişdə göstərdiyimiz oyunlar onu göstərir ki, hər bir rəqibə qarşı oynaya bilərik. Sabah uda da bilərik, uduza da. Əsas odur ki, çıxıb özümüzü göstərək, nəticədən asılı olmayaraq, yaxşı oynayaq. Ümid edirəm ki, sabah nəticə də yaxşı olacaq.
Avropa Liqasının yeni formatı sənin üçün nə dərəcədə maraqlı gəlir?
- Futbolçu kimi dəyişikliyi çox istəyirəm. Fərq ondadır ki, oyun sayı artıb. Bəlkə şans olacaq ki, böyük komandalara qarşı daha çox oynayaq. Hansısa böyük dəyişiklik hiss etmirəm.