"Qarabağ" meydana kənar şəxs daxil olduğu üçün cərimələnib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Premyer Liqanın XV turunda baş verən neqativ hallar müzakirə edilib və onlara hüquqi qiymət verilib.
Qərb təmsilçilərinin hər ikisi – "Turan Tovuz" və "Kəpəz" 700 manat cərimə edilib.
Buna səbəb tovuzluların 5 futbolçusunun "Sumqayıt"la oyunda, "sarı-göylər"in isə 4 oyunçusunun "Sabah"la görüşdə sarı vərəqə alması olub.
İntizam Komitəsi "Qarabağ"ı da cərimələyib. "Qəbələ" ilə oyun başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması "köhlən atlar"ı 800 manat ziyana salıb.