Azərbaycan klubunda ÜSYAN - Futbolçular AFFA-ya üz tutdular

Azərbaycan klubunda ÜSYAN - Futbolçular AFFA-ya üz tutdular

Ötən mövsüm Premyer Liqada yerini qoruya bilməyən "Şamaxı"da vəziyyət pik həddə çatıb.

Mediasport.az saytına verilən məlumata görə, aylardır maaşlarını ala bilməyən futbolçular kütləvi etiraza qalxıblar.

Klub rəhbərliyinin "bu gün-sabah" vədindən bezar olan oyunçular çıxış yolunu AFFA-ya üz tutmaqda görüblər. Federasiyanın binasına yollanan futbolçular klubun onlara olan borclarının ödənilməsini tələb ediblər.

Qurumdan problemin tezliklə həll ediləcəyi bildirilib. Bir neçə futbolçu qısa zamanda əmək haqqını almayacağı təqdirdə birbaşa FİFA-ya müraciət edəcəyini rəsmilərin diqqətinə çatdırıb.

Bizə verilən məlumata səasən, oyunçularına iyun ayından borclu qalan bölgə təmsilçisinin futbolçulara ümumilikdə 20 min manata qədər borcu var. Buraya hazırda heyətdə olan və komandadan gedənlər daxildir.