"Qarabağ"ın əsas hücumçusu Juninyo Qəbələdə zədələnib

"Qarabağ"ın əsas hücumçusu Juninyo Qəbələdə zədələnib

Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış oyunda "Qəbələ"nin qonağı olan "Qarabağ" ciddi itki ilə üzləşib.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun hücumçusu Olavio Juninyo ilk hissənin sonlarında zədələnərək meydanı tərk edib.

Premyer Liqanın bombardirini 40-cı dəqiqədə Leandro Andrade əvəzləyib.

Qeyd edək ki, görüş ölkə çempionunun 4:0 hesablı qələbəsilə başa çatıb.