AFFA-da klub nümayəndələri ilə növbəti görüş keçirilib
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün növbəti – ikinci onlayn seminar təşkil olunub.
Mediasport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbir zamanı həmin şəxslər ilə Azərbaycan Premyer Liqasının XVI və XVII turlarında keçirilmiş oyunlarında fanatlarla bağlı təşkilati məsələlər zamanı görülmüş işlər barədə müzakirələr aparılıb.
Tərəfdarlarla əlaqələndirici şəxslərin fəaliyyəti üçün faydalı materiallar paylaşılıb. Bu cür təlim və görüşlərin növbəti il, Premyer Liqa yarışlarının başladığı zaman yenidən keçirililməsi nəzərdə tutulur.
Qeyd edək ki, iclasda PFL-in əməkdaşı Faiq Tahirov da iştirak edib, klub nümayəndələrinin suallarını cavablandırıb.