İsveç klubu Musa Qurbanlını Konfrans Liqası üçün UEFA-ya sifariş etdi
İsveçin "Yurqorden" klubu yay transfer pəncərəsində heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Musa Qurbanlını UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün sifariş edib.
MediaSport.az xəbər verir ki, İsveçrə təmsilçisi "Lütsern"lə matçlar üçün Avropa futbol qurumuna göndərilən 23 nəfərlik iştirak ərizəsində 21 yaşlı hücumçunun da adı yer alıb.
Stokholm klubunun isveçrəlilərlə qarşılaşması iyulun 27-də və avqustun 3-də keçiriləcək.
Musa Qurbanlı "Yurqorden"ə 3 illik müqavilə imzalayıb.