Yeni idman direktoru "Neftçi"nin futbolçularl ilə görüşüb

Yeni idman direktoru "Neftçi"nin futbolçularl ilə görüşüb

“Neftçi” Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.

Mediasport.az istinadən xəbər verir ki, bu gün “Neftçi” Futbol Mərkəzində baş tutan növbəti məşqdən əvvəl klubun yeni idman direktoru Yens Andersson komandanın üzvləri ilə görüşüb, qarşıdan gələn oyunda onlara uğurlar arzulayıb.

Zədəlilər Emil Balayev, Eddi İsrafilov və Andre Şinyaşikidən başqa bütün futbolçuların qatıldığı hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı oktyabrın 29-da, saat 18:30-da “Neftçi Arena”da başlanacaq.