Şabi Alonsonun "Bayeri" Avropa nəhənglərini ciddi fərqlə qabaqlayır
Avropanın futbol üzrə TOP-5 liqasında oyun başına ən çox uğurlu ötürmələr edən komandaların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, zirvədə cari mövsüm rəqib tanımayan, Avropa Liqasında təmsilçimiz "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer" (Leverkuzen) qərarlaşıb - 620 uğurlu ötürmə.
"İlk 5-liy"i müvafiq olaraq, PSJ (604), "Mançester Siti" (599), "Brayton" (562) və "Bayern" (559) tamamlayır.
"Real" (537), "Ştutqart" (523), "Barselona" (521), "Arsenal" (508) və "Tottenhem" isə 6-10-cu pillələrdə yer alıblar.