Sabiq "Neftçi" rəsmisinə nazirlikdə vəzifə verildi - Şöbə müdiri oldu
“Neftçi”nin Maliyyə şöbəsinin rəisi olmuş İlqar Bayramlıya yeni vəzifə verilib.
Mediasport.az saytına verilən məlumata görə, bununla bağlı Elm və təhsil naziri Emin Əmrullayev müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, İlqar Bayramlı nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib.
2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini vəzifəsində çalışan İlqar Bayramlı Azərbaycan Ali Hərbi Məktəbində müəllim, baş müəllim və digər özəl müəssisələrdə rəhbər vəzifələrdə işləyib.