"Neftçi" Tovuz səfərində xal itirib, "Sabah" "Qəbələ"ni məğlub edib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun növbəti oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, ikinci matç günündə iki qarşılaşma baş tutub.
Bir görüş Tovuz şəhər stadionunda, digəri paytaxtda reallaşıb.
Tura sabah yekun vurulacaq.
Daha əvvəl "Səbail" doğma meydanda "Sumqayıt"a uduzub (0:1).
Azərbaycan Premyer Liqası. 26-cı tur
“Kəpəz” – “Neftçi” 3:3
Qollar: Junior Martins 6, 61, Elçin Əlicanov 47 - Filip Ozobiç 32, 57, 78-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 15:00
“Sabah” – “Qəbələ” 2:1
Qollar: Davit Volkov, 19, 41 - Əyyub Allaş, 45+3.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”, 17:30
10 mart (bazar)
“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 15:30
"Qarabağ”– “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
T.Bəhramov adına Respublika Stadionu, 18:00