AFFA İcraiyyə Komitəsi qərar verdi: Əsgərlik yaşına çatmış futbolçular bu komandaya cəlb olunacaqlar

AFFA İcraiyyə Komitəsi qərar verdi: Əsgərlik yaşına çatmış futbolçular bu komandaya cəlb olunacaqlar

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

mediasport.az xəbər verir ki, müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.

1.2023/2024-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” II Liqada çıxış edəcək.

2.Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo”ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun.

3.FİFA-nın FORWARD layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaiti AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinə yönləndirilsin.