Sabiq "Qarabağ"lı Derlis Meza Kollini də Ərəbistan klubuna apardı
2007/2088-ci illərdə "Qarabağ"da oynamış Səudiyyə Ərəbistanının "Ohod" klubunun baş məşqçisi Zəkəriyyə Ramadani komandaya yeni futbolçu cəlb edib.
MediaSport.az xəbər verir ki, Mədinə təmsilçisi vaxtilə “İnter”(indiki “Şamaxı”), “Qəbələ” və “Neftçi”də oynamış Deyvid Derlis Meza Kolli ilə müqavilə bağlayıb.
34 yaşlı yarımmüdafiəçi 1 illik anlaşmaya qol çəkib. Kolli "Ohod"da ötən həftə transfer edilmiş qardaşı Sezar Meza Kolli ilə birlikdə çıxış edəcək.
Qeyd edək ki, Zəkəriyyə Ramadaninin köməkçisi də keçmiş "Qarabağ"lı Sedat Sainidir.