"Turan Tovuz" Türkiyədə Tanzaniyanın "Simba" klubu ilə qarşılaşacaq

"Turan Tovuz" Türkiyədə Tanzaniyanın "Simba" klubu ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" daha bir rəqib tapıb.

MediaSport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Tanzaniyanın "Simba" klubu ilə qarşılaşacaq.

Matç iyulun 25-də keçiriləcək.

Bundan əvvəl isə "Turan Tovuz" iyulun 17-də “Adana Dəmirspor”la, iyulun 22-də isə “Eyüpspor"la üz-üzə gələcək. Premyer Liqa təmsilçisi Ankaranın Qızılcahamam bölgəsində iyulun 28-nə qədər hazırlıq keçəcək.