Avropa Liqasında əsas mərhələ: "Qarabağ" "Tottenhem"ə uduzdu

Avropa Liqasında əsas mərhələ: "Qarabağ" "Tottenhem"ə uduzdu

Avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" bu gün yeni formatda keçirilən UEFA Avropa Liqasının əsas mərhələsində ilk matçına çıxıb.

Mediasport.az xəbər verir ki, son Azərbaycan çempionu İngiltərə klubu "Tottenhem"lə Londonda üz-üz gəlib.

UEFA Avropa Liqası. Əsas mərhələ. 1-ci tur


"Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) 3:0

Qollar: Brennan Conson, 12, Pape Sarr, 53, Dominik Solanke, 68.

Baş hakim: Villi Delajo (Fransa).

Yan xətt hakimləri: Ervan Finjan, Filip Jan (hər ikisi Fransa).

Dördüncü hakim: Toma Leonard (Fransa).

VAR: Benua Milo (Fransa).

AVAR: Alan Kiyas (Avstriya).

"Tottenhem Hotspur" stadionu. London, İngiltərə.

"Tottenhem": 1. Qulyelmo Vikario, 6. Radu Draquşin, 7. Hın-Min Son (k), 8. İves Bissuma, 14. Arçi Qrey, 15. Lukas Berqvol, 19. Dominik Solanke, 22. Brennan Yonson, 29. Pape Sarr, 33. Ben Deyvis, 37. Miki van de Ven.

Baş məşqçi: Anje Postekoqlu.

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 18. Juninyo, 27. Toral Bayramov.

Baş məşqçi: Qurban Qurbanov.