Şahin Diniyev daha bir futbolçunu "Səbail"dən göndərdi - RƏSMİ
Komandada "təmizləmə əməliyyatı" aparan baş məşqçi Şahin Diniyev "Səbail"dən daha bir futbolçunu yola salıb.
mediasport.az xəbər verir ki, Bayıl klubu ilə müqaviləsi başa çatmış 32 yaşlı bolqar yarımmüdafiəçi Emil Martınova daha ehtiyac duyulmayıb.
Bu, "dənizçilər"i tərk edən 6-cı futbolçudur. Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa da komandada saxlanılmayıb.