"Qarabağ"ın oyununun biletləri 3 manatdan satışa çıxarıldı

 "Qarabağ"ın oyununun biletləri 3 manatdan satışa çıxarıldı

Premyer Liqanın XI turu çərçisində keçiriləcək "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığında dəyişir. 

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" qarşılaşması sabah saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.