"Sumqayıt" makedoniyalı futbolçunun transferini açıqlayıb

"Sumqayıt" makedoniyalı futbolçunun transferini açıqlayıb

2023/24-cü mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, Samir Abasovun komandası Şimali Makedoniyanın "Akademiya Pandev" klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb.

24 yaşlı cinah oyunçusu "18" nömrəli formada çıxış edəcək.

Velinovski karyerası ərzində Şimali Makedoniyanın "Breqalnitsa" klubunda da çıxış edib. O, Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasının formasını geyinib.

Maraq üçün qeyd edək ki, Şimali Makedoniya klubu futbolçunun "gənclik şəhəri" təmsilçisinə keçidini 2 gün əvvəl açıqlayıb.