2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı və saatı açıqlanıb

2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı və saatı açıqlanıb

Futbol üzrə Azərbaycan 2-ci Liqasına vəsiqə uğrunda pley-off görüşlərinin oyun cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, 2-ci Liqada 13-cü yeri tutan “Şəfa” klubu ilə Region Liqasının finalçısı “Hypers” kollektivi arasında ilk qarşılaşma mayın 29-da keçiriləcək.

Cavab görüşü iyunun 5-də baş tutacaq.

Hər iki matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


2-ci Liqaya vəsiqə uğrunda pley-off


İlk oyun

29 may (çərşənbə)

“Şəfa” - “Hypers”

“ASCO Arena”, 17:00


Cavab oyunu

5 iyun (çərşənbə)

“Hypers” - “Şəfa”

“ASCO Arena”, 17:00