Şahin Diniyev: "Onunla, yəqin ki, bu gün-sabah müqavilə bağlayacağıq"

Şahin Diniyev: "Onunla, yəqin ki, bu gün-sabah müqavilə bağlayacağıq"

"Hazırlığa ayın 1-dən başlamışıq. Bakı toplanışımız iyulun 7-nə qədər davam edəcək, daha sonra Türkiyəyə yollanacağıq".

Bu sözləri MediaSport.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Transfer çalışmalarının davam etdirildiyini deyən təcrübəli mütəxəssis hazırlığın ilk mərhələsində yalnız 1 yoxlama oyunu keçirəcəklərini qeyd edib: "Buradakı çalışmaların son günündə "Kəpəz"lə qarşılaşacağıq. İyulun 9-da Ərzuruma gedəcəyik. Türkiyədə olacağımız 14 gün ərzində 3 yoxlama matçı nəzərdə tutmuşuq. Ayın 19-dakı rəqibimiz məlumdur, "Alanyaspor"la görüşəcəyik. Digər sparrinqləri elə orada müəyyənləşdirəcəyik. Transferlərə gəlincə, bu istiqamətdə işlərimiz gedir, çalışacağıq heyətə daha bir neçə futbolçu əlavə edək. İsrailli yarımmüdafiəçi Yadin Luqasi ilə danışıqlarımız yekunlaşıb, onunla yəqin ki, bu gün-sabah müqavilə bağlayacağıq. 24 yaşı var, son mövsümü Kiryat-Şmona "Hapoel"ində keçirib".


Elay

Qeyd edək ki, Bayıl təmsilçisi mövsüm başa çatdıqdan sonra Yusif Nəbiyev ("Kəpəz"), Süleyman Əhmədov, Rüfət Abdullazadə (hər ikisi "Sumqayıt"), Səlahət Ağayev ("Qəbələ"), Coşqun Diniyev ("Zirə"), Bahadur Həziyev ("Şamaxı") və Amil Yunanovla ("Sumqayıt") güclənib.

Ələd etdiyimiz məlumata görə, "dənizçilər" ötən mövsümü "Bney Rayna"da keçirmiş İsrailin U-21 yığmasının keçmiş üzvü Nir Bardea ilə də anlaşmaq üzrədir.