"Qarabağ"ın oyununa biletlərin qiyməti açıqlandı: 3, 7, 15 manat

"Qarabağ"ın oyununa biletlərin qiyməti açıqlandı: 3, 7, 15 manat

Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kəpəz" oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, "Azrrsun Arena"da baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlər biletləri onlayn şəkildə əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər oyun günü həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Matç avqustun 8-i, saat 20:00-da başlanacaq.

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.