"Liverpul" səfərdə "Mançester Yunayted"ə şans vermədi - VİDEO

"Liverpul" səfərdə "Mançester Yunayted"ə şans vermədi - VİDEO

"Liverpul" İngiltərə Premyer Liqasının 3-cü turunda "Mançester Yunayted"i məğlub edib (3:0).

Mediasport.az xəbər verir ki, matç "qırmızılar"ın üçüncü qolunun müəllifi Məhəmməd Salah üçün əlamətdar olub.

Misirli 1992/93 mövsümündən bu yana ilk dəfə məhz "Old Trafford" səfərində Mersisayd klubunun heyətində bütün turnirlər daxil, "qırmızı şeytanlar"ın qapısına 9 oyunda 10 qol vurub.

O, Premyer Liqa tarixinə "Nyukasl"ın sabiq forvardı Alan Şirerdən sonra bunu bacaran ikinci futbolçu kimi düşüb.

İngiltərə millisinin keçmiş hücumçusu yalnız "Elland Road"da ("Lids"in ev oyunlarını keçirdiyi stadion) 10-dan çox qola imza atmışdı.

İngiltərə Premyer Liqası. 3-cü tur

"Mançester Yunayted" - "Liverpul" 0:3