Stanislav Çerçesov: "Qarabağ"la budəfəki matç daha yaxşı alındı"
"Çempionlar Liqasının təsnifat mərhələsinə daha yaxşı hazırlaşmaq üçün yoxlama oyunlarında "Qarabağ" və "Zalsburq" kimi rəqibləri seçdik".
MediaSport.az xəbər verir ki, bu sözləri "Ferensvaroş" klubunun baş məşqçisi Stanislav Çerçesov deyib.
Macarıstan təmsilçisinin rusiyalı çalışdırıcısı Ağdam klubu ilə ötən mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki qarşılaşmalara eyham vurub: "Bizim üçün budəfəki matç daha yaxşı alındı. Oyun əvvəldən gözlədiyimiz kimi, yoxlama görüşünə bənzəmədi. Uşaqlar bir-birilərini əməlli-başdı vurdular, amma final fitindən sonra qucaqlaşıb hər şeyi unutdular".
Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsini Avstriyada keçən "Qarabağ" bir neçə gün əvvəl "Ferensvaroş"la 3:3 hesablı bərabərə qalıb. Qurban Qurbanovun komandası ötən il ÇL-in təsnifat mərhələsində isə macarları yolundan kənarlaşdırmışdı. Bakıda 1:1 hesabı qeydə alınsa da, təmsilçimiz səfərdə üstün olmuşdu - 3:1.
Elay