"Şamaxı"da növbəti ayrılıq
"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.
mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə klubu Bəhruz Teymurovu komandada saxlamayıb.
28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Şamaxı” bundan əvvəl Samir Qurbanovla yollarını ayırdığını açıqlamışdı.