Azərbaycan millisinin futbolçusu Madrid "Atletiko"suna qol vurdu
Azərbaycan milli komandası və Cənubi Koreyanın "Tedjon Xana Sitizen" klubunun müdafiəçisi Anton Krivotsyuk "Atletiko"nun (Madrid) qapısına qol vurub.
MediaSport.az xəbər verir ki, yığmamızın üzvü paytaxt Seulda Koreya Liqasının ulduzlardan ibarət komandasının İspaniya nəhəngi ilə yoldaşlıq görüşündə fərqlənib.
25 yaşlı futbolçu fasilədən sonra meydana daxil olub və 50-ci dəqiqədə La Liqa klubuna qol vuraraq hesabı bərabərləşdirib. Krivotsyukun komandası yekunda qalib gəlib - 3:2.
Qeyd edək ki, Anton Asiya təmsilçisinin heyətində 2023-cü ilin yanvarından çıxış edir.