Azərbaycan samboçuları Avropa çempionatında 3 medal qazanıblar

Azərbaycan samboçuları Avropa çempionatında 3 medal qazanıblar

Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında 3 medal qazanıblar.

Mediasport.az xəbər verir ki, milli üzvləri yarışda 1 qızıl və 2 bürünc mükafat əldə ediblər.

Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək, ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Sonuncu dəfə böyüklər arasında Avropa çempionu adına 8 il öncə Amil Qasımov yiyələnib. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) isə üçüncü yeri tutublar.

Qitə birinciliyində mayın 11-12-də gənclər və yeniyetmələrin mübarizəsi baş tutacaq.